“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olurbackend

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Qarabağ”ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.

Məlumata görə, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma “Dinamo” (Minsk) – “Pünik” cütünün qalibi “Qarabağ”a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.