Qəzada ölən müəllim imişbackend

Ötən gün Yardımlı rayonunda avtomobilin aşması nəticəsində ölən şəxs müəllim olub.

Oxu.Az-ın məlumatına görə, qəzada ölən Nahid Kamil oğlu İmanov Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində müəllim işləyib.

Qeyd edək ki, dünən Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Cavid Vaqif oğlu Əliyev “Opel Astra” markalı avtomobilinin idarəetməsini itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin Nahid Kamil oğlu İmanov hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.