Antalyada mübahisə zəminində 52 yaşlı Mahmut Şimşək, 55 yaşlı İbrahim Topdemir və 33 yaşlı oğlu Qalip Topdemiri tapança ilə öldürən 48 yaşlı Əhməd Karabulut Halil Ülkünü ağır yaralayıb, 8 saat sonra tutulub.
İctimai.az xəbər verir ki, hadisə ötən gün saat 14.00 radələrində Aksu rayonunun Karaöz səmtində baş verib. İddiaya görə, maşında olan 5 nəfər arasında qumar borcu üzündən mübahisə düşüb. Mübahisə zamanı Əhmət Karaburut orda olanlara atəş açıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisədən sonra qatil ordan uzaqlaşsa da, 8 saat sonra həbs edilib.
Hazırda araşdırmalar davam edir.
Mənbə: DHA
İctimai.az