Rəşad Dağlının cinayət işi məhkəməyə göndərildibackend

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib.

“Report”un əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Yaxın günlərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.