“Sabah” futbol klubunun loqosu yenilənibbackend

“Sabah” futbol klubunun loqosu yenilənib.

İctimai.az xəbər verir ki, bu barədə klubun “Facebook” hesabında məlumat paylaşılıb.

Belə ki, yeni loqoda top elementi klubun simvolu olan bayquşla əvəz olunub. Əvvəlki loqoda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib. Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaqlar.

Qeyd edək ki, loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş – yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan – cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.