“Sabah” klubu futbolçusu ilə yollarını ayırıbbackend

“Sabah” klubu futbolçusu ilə yollarını ayırıb.

İctimai.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Kristian da Silvayla başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildən paytaxt klubunda çıxış edirdi.