Sərnişin 250 metr yüksəklikdə təyyarənin qapısını açıbbackend

Göyərtəsində 194 nəfərin olduğu Cənubi Koreyanın Asiana Airlines aviadaşıyıcısının təyyarəsinin eniş etməzdən əvvəl qapısı açılıb.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Hadisə mayın 26-da, cümə günü baş verib.

“Daequ Beynəlxalq Hava Limanında 194 nəfərin olduğu Asiana Airlines təyyarəsinin qapısı açıq uçub…” agentlik bildirib.

Agentliyin məlumatına görə, laynerin göyərtəsində baş verən insident nəticəsində xəsarət alan olmayıb.

Polis təcili çıxışda oturan və təyyarənin qapısını sındırmaq cəhdində şübhəli bilinən 30 yaşlı kişini saxlayıb.

Mənbə: Haber Global