Somalidə 4,6 bal gücündə zəlzələ baş veribbackend

Afrikanın Somali ölkəsi ərazisində seysmoloqlar 4,6 bal gücündə zəlzələ qeydə alıblar.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təşkilatın məlumatına görə, yeraltı təkanlar 7 minə yaxın insanın yaşadığı tarixi sahil şəhəri Las Horaydan 169 km aralıda qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir. Seysmoloqların fikrincə, bu zəlzələ ciddi dağıntılara səbəb olmamalıdır.

Mənbə: Gazeta.ru