Şotlandiyada bir bar arı sürüsü səbəbindən bağlanmaq məcburiyyətində qalıbbackend

Qlazqoda məşhur bar arı sürüsü səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

Böcəklər girişin yaxınlığında məskunlaşaraq ziyarətçiləri qorxudub.

Müəssisə əməkdaşlarının sözlərinə görə, arılar sözün əsl mənasında heç bir yerdən peyda olublar. Onlar barın girişindəki zibil qabının və pilləkənlərin bir hissəsinin üstünü örtüblər. Bu səbəbdən həşəratlardan qorxan ziyarətçilər başqa yer seçdiyi üçün meyxana bağlanmalı olub.

“Bunun necə baş verdiyi barədə heç bir fikrim yoxdur. Sadəcə gəlib 10 dəqiqə ərzində bütün pilləkəni zəbt etdilər. Nəticədə, açıq-aşkar təhlükəsizlik təhlükəsi olduğu üçün bağlanmalı olduq”, – bar meneceri şərh etdi.

Müəssisə sahibləri kömək üçün yerli administrasiyaya müraciət etsələr də, bir neçə gün bu müraciətə məhəl qoyulmayıb. Nəhayət, bir neçə arıçı müdirlə əlaqə saxlayıb, vəziyyəti həll edəcəyinə söz veriblər.

Mənbə: Gazeta.ru