Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsi təşkil edilib.
Göygöl rayon Heydər Əliyev Mərkəzində gənclər düşərgəsinin rəsmi açılışı olub.
Düşərgə çərçivəsində iştirakçılar üçün Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri, incəsənəti, memarlıq nümunələri, toponimləri haqqında sualların təqdim edildiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, tarixi abidələrin fotoçəkilişi mövzusunda təlim, “Qərbi Azərbaycana qayıdış gənclərin gözü ilə” mövzusunda qrup işləri, debat yarışı, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün idman təlimi, film nümayişi və digər fəaliyyətlər təşkil edilib.