Türkiyədə dəhşətli zəlzələ: Onlarla ölü və yaralı varbackend

Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan 7.4 maqnitudalı dəhşətli zəlzələ baş verib.

İctimai.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.