Türkiyədə yenidən zəlzələ baş veribbackend

Türkiyənin Niğde vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu xəbər verib.

Məlumata görə, şiddətli təkanların episentri Obruk Bor rayonu olub.

Ocaq 7 km dərinlikdə yerləşib.

Zəlzələdə can və mal itkisi olmasa da, insanlar təlaş keçiriblər.