Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitski şəhərində partlayış səsləri eşidilirbackend

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitski şəhərində partlayış səsləri eşidilir. Bu barədə TSN telekanalı məlumat yayıb.

Bundan əvvəl Odessa vilayətində partlayışlar baş verib.

Bundan əvvəl məlum olub ki, əhalini xəbərdar etmək üçün rəsmi resursun məlumatları Ukraynanın cənub-şərqindəki üç regionda hava hücumu xəbərdarlığının elan edildiyini göstərir. Bu məlumatlara görə, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində, eləcə də Zaporojye və Xerson vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərdə sirenlər səslənir.

Mənbə: A Haber