Ümumdünya Səhiyyə Təşkilatı Sudanda ölkə ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayının 420-yə yüksəldiyini bildirib.Al Arabiya telekanalı xəbər verir.
“Sudanda döyüşlər nəticəsində ölənlərin sayı 420-yə çatıb, 3700 nəfər isə yaralanıb”, – ÜST bildirib.
Aprelin 22-də məlum olub ki, Sudanda toqquşmalar başlayandan bəri 250-dən çox dinc sakin ölüb, 1450-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, toqquşma bölgələrinə bitişik xəstəxanaların təxminən 70,8%-i hələ də xidmət göstərmir. Xartum və ştatlardakı 79 “vacib xəstəxana”dan 56-sı xidmətdən kənarda qalıb.
İctimai.az













