ABŞ-ın Nebraska ştatında perklor turşusu daşıyan qatar vaqonu partlayıb. Yanğın nəticəsində yaranan zəhərli tüstü səbəbindən ştatın qərb bölgəsində yaşayan sakinlər təxliyə edilib. Bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə North Platte şəhərindəki Union Pacific qatar stansiyasında baş verib. Vaqonlardan birində partlayıcı maddələrin istehsalında, həmçinin müxtəlif qida və dərman preparatlarının hazırlanmasında istifadə olunan perklor turşusu olub.
Qəza nəticəsində xəsarət alan olmayıb, bir dənə də olsun vaqon relsdən çıxmayıb. Lakin yerli hakimiyyət orqanları partlayışdan bir mil radiusda olan sakinləri təxliyə etmək qərarına gəlib. North Platte və Hershey şəhərləri arasında da avtomobil yolu müvəqqəti bağlanıb.
Mənbə: TASS













