Ağsunun icra başçısı vəfat etdibackend

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İctimai.az