Aİ Ukraynanı Rusiya Federasiyası ilə danışıqlara sövq etməyi dayandırmağa çağırıbbackend

Qərb ölkələri Ukraynanı Rusiya Federasiyası ilə sülh danışıqlarına sövq etməyi dayandırmalıdır. Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Rusiya lideri guya münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

“Vladimir Putin danışmaq istəmədiyi halda, [Ukrayna Prezidenti Vladimir] Zelenskini danışmağa məcbur etməyin mənası yoxdur”, – Aİ nümayəndəsi vurğulayıb.

O, həmçinin diqqəti ona yönəldib ki, hazırda region ictimaiyyətində Ukrayna üçün gələcək təhlükəsizlik təminatları ilə bağlı konsensus yoxdur. Kallas deyib ki, Aİ liderləri Kiyevi ən yaxşı şəkildə necə dəstəkləmək və təhlükəsizlik zəmanətləri ilə bağlı “potensial yeni tədbirləri” maliyyələşdirməklə bağlı fərqli fikirlərə malikdir. Bununla bağlı o, əmin olmağa çağırıb ki, avropalı siyasətçilər Ukraynaya “boş” təhlükəsizlik zəmanətləri təklif etməyə çalışmasınlar.