Alimlər Yer kürəsinin qədim okeanlarının rəngini aşkar ediblərbackend

Naqoya və Kioto universitetlərinin yapon alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə planetimizin qədim okeanlarının rəngini aşkar ediblər. Mütəxəssislərin qənaətləri müxtəlif ekoloji amilləri nəzərə alan simulyasiyaların nəticələrinə əsaslanır. Tədqiqat Nature Ecology & Evolution (NEE) elmi jurnalında dərc olunub.

Modelləşdirmə zamanı komanda atmosferin və okeanların kimyəvi tərkibinə dair məlumatlardan istifadə edib. Milyardlarla il əvvəl atmosferdə indikindən daha çox buxar və karbon qazı olduğu təxmin edilir. Bu, ətraf mühiti daha asidik etdi, torpaq eroziyasını sürətləndirdi. Nəticədə külli miqdarda dəmir dənizə yuyulub.

Sonra, ion yükündən asılı olaraq, metal suyu qəhvəyi, boz və ya yaşıl rəngə çevirdi.