Fransa və Estoniya Ukraynaya dəstəyi müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını keçirməyi planlaşdırır.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Məsələ ilə tanış olan insanların fikrincə, bazar ertəsi Fransa və Estoniya Avropa müdafiə nazirlərinin görüşündə Ukraynaya dəstəyin necə artırılacağını müzakirə edəcəklər”, – bəyanatda deyilir.
Agentliyin məlumatına görə, qarşıdan gələn videokonfransda Böyük Britaniya, Almaniya, İtaliya və Polşa kimi ölkələrdən ona yaxın həmkarlar, həmçinin Avropa İttifaqı və NATO nümayəndələri iştirak edəcək.