Avstraliya Ehtiyat Bankı (RBA) 2020-ci ilin noyabr ayından bəri ilk dəfə faiz dərəcəsini 4,1%-ə endirib.
Bu barədə tənzimləyicinin bəyanatında deyilir.
Bank qərarın Avstraliyada inflyasiyanın 3,2%-ə qədər azalması ilə bağlı olduğunu izah edib. RBA-nın aydınlaşdırdığı kimi, göstərici 2%-3% hədəf diapazonuna yaxınlaşıb.
“İnflyasiya davamlı olaraq hədəf diapazonunun ortasına yaxınlaşır və bazarda vəziyyət kifayət qədər gərgin olaraq qalsa da, müsbət irəliləyiş göz qabağındadır”, – bəyanatda deyilir.