Azərbaycan güləşçisinə ağır cəzabackend

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.

Bu barədə AMADA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.