Bakıda xəstə çağırışına gələn təcili yardım maşını palçığa batdı, traktor çıxardı – VİDEObackend

Bakıda Qaradağ rayonu ərazisində acınacaqlı yollar vətəndaşların həyatını təhlükəyə atıb. Belə ki, Ələt qəsəbəsindəki Füzuli küçəsində yaşayan sakinlər evlərinə təcili tibbi yardım çağırarkən problemlərlə üzləşiblər.

Baku.ws-in “qaynar xətti”nə daxil olan görüntülərdən məlum olur ki, adıçəkilən ərazidə palçıqlı və keçilməz yolların olması təcili yardım maşının çağırış edilən ünvana gedib çatmasına imkan verməyib.

Dünən axşam saatlarında palçıqda batıb qalan təcili tibbi yardım maşınını traktor oradan çıxara bilib.

Mənzilində təcili yardım gözləyən vətəndaşa isə öz başının çarəsinə baxmaq qalıb.