Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bəyan edib ki, ABŞ-ın Ukraynadakı münaqişəni dərhal dayandıracağını gözləmək lazım deyil.
Bu barədə RİA Novosti yazır.
“Qərb və Şərq arasında qlobal qarşıdurma üç ildir sərhədlərimizdə davam edən Ukraynada hərbi münaqişəyə çevrilib. Və ABŞ-ın yeni administrasiyası ilə bağlı heç bir illüziyaya ehtiyac yoxdur”, – deyə o bildirib.
Xrenin xatırladıb ki, Ukraynaya irimiqyaslı silah tədarükü olmasaydı, hərbi münaqişə çoxdan bitərdi.