Britaniya mediası: Avropa ABŞ olmadan heç bir hərbi əməliyyat keçirə bilməzbackend

Avropa İttifaqı (Aİ) ölkələrinin orduları ABŞ-ın iştirakı olmadan sadə hərbi vəzifələri belə həll etmək iqtidarında deyil.

Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Avropa ölkələrindən birinin xarici işlər nazirinə istinadən yazır.

“Onlarsız biz tək bir mürəkkəb hərbi əməliyyat keçirə, hətta sadə tapşırıqları yerinə yetirə bilmərik”, – mənbə nəşrə bildirib.

Rəsmi FT-yə bildirib ki, Aİ uzun mənzilli raketlər və digər silah sistemlərinin tədarükü baxımından ABŞ-dan çox asılıdır.