Finlandiya Ukraynaya silah almaq üçün 660 milyon avro ayıracaqbackend

Finlandiya Müdafiə Nazirliyi yerli müdafiə şirkətlərindən silah alınması üçün 660 milyon avro ayıracaq Ukraynaya yeni dəstək proqramının başladığını elan edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Finlandiya şirkətləri və onların təcrübəsi bu təşəbbüsdə əsas rol oynayacaq. Finlandiya Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin payızından yardım proqramı hazırlayır, biznes və sənaye nümayəndələri, eləcə də beynəlxalq tərəfdaşlar və Ukrayna ilə fəal əməkdaşlıq edir.