Genetiklər Afrika suahili xalqında asiyalı əcdadlar tapıblarbackend

Cənubi Florida Universiteti, Harvard və York Universitetinin alimləri suahili xalqının qədim DNT-sini təhlil edərək kişi əcdadlarının böyük əksəriyyətinin Asiyadan, qadın əcdadlarının isə Afrikadan olduğunu müəyyən ediblər.

Tədqiqat Nature jurnalında dərc olunub.

Alimlər 80 qədim suahili dəfninin qalıqlarından çıxarılmış DNT-ni təhlil ediblər. DNT təxminən 800 il əvvəl yaşamış insanlara aid idi.

Alimlər qazıntı işlərinə suahililərin nümayəndələrindən icazə alıblar.

Onlar qədim suahililərin həm afrikalı, həm də asiyalı olduğunu aşkar ediblər. Kişi əcdadlarının böyük əksəriyyəti Asiyadan, əsasən İrandan, həm də Hindistandan idi.

Suahili dilinin fars kökləri əvvəllər məlum idi və hind komponenti ilk dəfə aşkar edilmişdir. Qadın əcdadları əsasən Afrika mənşəli idi. Sonrakı dövrdə suahili xalqı Afrika Bantu etnik qrupu ilə qarışdı.

Mənbə: Lenta.ru

İctimai.az