Heydərli Məzahir: Davos İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunurbackend

Dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi üçün strateji platforma hesab olunan Davos İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunur. Forumun illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı dövlətimizin böyük nüfuz sahibi olmasının göstəricisidir.

Bu fikirləri gənc fəal, Heydərli Məzahir deyib.

“Bu cür dünya miqyaslı şirkətlərlə səmərəli görüşlərin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir” – deyən Heydərli Məzahir əlavə edib ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır: “Cənab Prezident İlham Əliyevin Davosda səmərəli və önəmli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin Azərbaycana olan marağından irəli gəlir. Çünki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”. Davos İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunur.