Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub.