Latviya prezidenti Edqars Rinkeviçs bildirib ki, Ukraynaya qoşun yeritmək qərarına gəlməzdən əvvəl iki şərt yerinə yetirilməlidir.
Onun sözlərini LSM sitat gətirir.
Dövlət başçısı hesab edir ki, ilk növbədə, Ukraynaya qoşun yeridəcəyi təqdirdə Latviyanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin necə gücləndiriləcəyi aydın olmalıdır. Rinkeviçs qeyd edib ki, ikinci mühüm məsələ qoşunların respublika ərazisində yerləşdirilməsi üçün hansı şərtlərin olmasıdır.
“Əgər 5-ci Maddə [NATO-nun kollektiv təhlükəsizlik] zəmanəti və ya buna bənzər bir şey olmasa, bu, əsgərlərimizi riskə atacaq – kimsə Ukrayna əsgərlərinə hücum etsə belə, biz onların köməyinə gəlməli olacağıq və biz kifayət qədər dəstək almayacağıq – bunlar mübahisəli məsələlərdir”, Rinkeviçs bildirib.