Litva parlamenti növbədənkənar seçkidən imtina edibbackend

Litva parlamenti hökumət üzvlərinin xərcləri ilə bağlı qalmaqal fonunda hakim partiyanın növbədənkənar seçki təklifini rədd edib.

Bu barədə LRT məlumat yayıb.

Seymin 66 deputatı növbədənkənar seçkilərin keçirilməsinin lehinə, 61 deputat əleyhinə səs verib, 8 deputat isə bitərəf qalıb.

Hakim Vətən İttifaqı – Litva Xristian Demokratları bir çox siyasətçilərin, o cümlədən Nazirlər Kabinetinin üç üzvünün bələdiyyə müşavirləri vəzifəsində işləyərkən ödənişlər alması barədə mətbuatda yayılan xəbərlərdən sonra siyasi sistemi “sıfırlamaq” üçün parlamentin buraxılması və erkən seçkilərin keçirilməsini təklif ediblər. Parlament seçkiləri planını təqdim edən ölkənin xarici işlər naziri, Vətən İttifaqına rəhbərlik edən Qabrielius Landsbergis deyib ki, seçicilərə qalmaqalın “son hakimi” olmaq imkanı verilməlidir.

Baş nazir İnqrida Simonyte əvvəllər parlamentin buraxılması ilə razılaşmayacağı təqdirdə hökuməti istefaya göndərəcəyini vəd etmişdi, lakin sonradan fikrini dəyişərək “yəqin ki, özünə həddən artıq icazə verdi” demişdi.

Mənbə: Haber Global