Litva Ukraynaya 80 milyon avro hərbi yardım verəcəkbackend

Litva hökuməti Ukraynaya 80 milyon avro dəyərində yeni hərbi dəstək paketi hazırlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Hazırlanan paketə Ukrayna ordusunun ən çox ehtiyac duyduğu şeylər daxil olacaq. Birinci paketin mərhələli şəkildə köçürülməsinin dəyəri 80 milyon avro və ya 2025-ci ildəki yardımımızın təxminən yarısıdır”, – deyə Litva Müdafiə Nazirliyinin sözçüsü Asta Qaldikaite bildirib.

Paketə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və dron əleyhinə müdafiə sistemləri, həmçinin döyüş sursatları, əsgərlər üçün avadanlıq və hərbi nəqliyyat vasitələri daxil olacaq.