Çin istehsal gücünə görə ABŞ-ı ötüb. Bu fikirləri X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində amerikalı sahibkar və iş adamı İlon Mask bildirib.
“İstehsal gücünün ilk təxmini təxmini elektrik enerjisi istehsalına əsaslanır. Çin ABŞ-ın sənaye imkanlarını xeyli ötüb”, – iş adamı sosial şəbəkədə istifadəçilər tərəfindən dərc edilən və Çinin elektrik enerjisi istehsalı üzrə ABŞ-ı qabaqladığını göstərən qrafiki şərh edərkən vurğulayıb.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edirdi ki, Çin nüvə silahı arsenallarına görə Amerika tərəfini keçə bilər.
Mənbə: CNN Türk















