PSJ-nin sabiq hücumçusu Lionel Messiyə yaxın şəxs “L’Equipe” nəşrinə müsahibə verərək, futbolçunun komandada xoş anlarının olmadığını bildirib.
“Parisdə onun bircə də xoş anları olmadı. O, özünü Neymar və Mbappe arasındakı rəqabətin mərkəzində tapdı. O, hiss etdi ki, klub fransızı qoruyur və dünya çempionu tituluna baxmayaraq, ona hörmət etmir”, – Messiyə yaxın adam deyib.