MİDA-nın yeni mənzillərinin satışı dayandırıldıbackend

“ASAN Xidmət”in nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzi bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satılmamasına aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, mərkəzin direktoru Mehdi Cavadov bildirib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb:

“ASAN login üzərindəki yüklülük səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”.

Qeyd edilib ki, bu, müvəqqəti haldır və mənzillər yenidən satışa çıxarılacaq.