Milli Məclisdə gözlənilməz dəyişiklik – Yeni mətbuat katibi təyin olundubackend

Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

Parlamentdən İctimai.az-a verilən məlumata görə, spiker Sahibə Qafarovanın sərəncamı ilə teleaparıcı Ceyhun Əli parlamentin mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilib.

Qeyd edək ki, mayın 5-də AzTV-nin əməkdaşı Elnar Məmmədlinin Milli Məclisin mətbuat katibi təyin olunduğu barədə xəbər yayılmışdı.

Milli Məclis isə bununla bağlı xəbərləri nə təsdiq, nə də inkar etmişdi. Elnar Məmmədlinin bu gün təqdimatı gözlənilirdi.

Qeyd edək ki, buna qədər Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu olub.

Xatırladaq ki, C.Əlinin mətbuat katibi təyin edilməsi ilə bağlı ilk məlumatı BakuPost yayıb.

İctimai.az