Misirdə 100 ildən sonra ilk dəfə yeni firon məqbərəsi aşkar edilibbackend

Misir-Britaniya birgə ekspedisiyası Misirdə son 100 ildə ilk firon məzarını aşkar edib – bu, II Tutmosa məxsusdur.

Bu barədə Reuters xəbər verir.

Bu, Misirdə 18-ci sülalənin padşahlarının itirilmiş son məzarıdır. II Tutmosun məqbərəsində dəfn mərasimi üçün mebel parçaları və göy yazılar, sarı ulduzlar və dini mətnlər olan havan parçaları aşkar edilib.

II Tutmos Qədim Misirdə bir neçə hakim qadından birinin – Hatşepsutun əri idi. Məzarın kimliyi üzərində Tutmos və Hatşepsutun adlarının həkk olunduğu alebastr qablar vasitəsilə müəyyən edilib.