Kişinyov 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlük haqqı ödəmək istəmir.
Bu barədə İnfotag agentliyi Moldova Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
“2025-ci ildə Moldova beynəlxalq, regional və parlament təşkilatlarına üzvlük üçün təxminən 54 milyon ley (2,9 milyon dollar) ödəyəcək. Bu, 2024-cü illə müqayisədə 2,5 milyon ley azdır. “MDB daxilində töhfələr üçün xərclər nəzərdə tutulmayıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, Moldova hakimiyyəti ən çox pulu BMT, Avropa Şurası və BMT İnkişaf Proqramına töhfələrə ayıracaq.