Moldova və Ukrayna Dnestr üzərindən körpünün tikintisinə dair saziş imzalayacaqbackend

Moldova prezidenti Maya Sandu Ukraynanın Yampol şəhəri yaxınlığında Dnestr çayı üzərindən körpünün tikintisinə dair ikitərəfli sazişin imzalandığını açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

Bu sözləri siyasətçi iyunun 1-də Kişinyovda keçirilən Avropa Siyasi Birliyinin (EPC) sammitinə həsr olunmuş mətbuat konfransında deyib.

“Ukrayna Prezidenti Vladimir Zelenski ilə sammit zamanı əldə olunmuş razılaşmalara əsasən, yaxın vaxtlarda Moldova-Ukrayna sərhədində, Kozautsı-Yampol yaşayış məntəqələri yaxınlığında Dnestr çayı üzərindən körpünün tikintisinə dair saziş imzalanacaq”deyə Moldova rəhbəri bildirib.