Müəllimlərin vaksinasiyası ilə bağlı daha bir AÇIQLAMAbackend

“Müəllimlərin vaksinasiyası ilə bağlı proses plandadır”.

İctimai.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

O bildirib ki, müəllimlər də risk qrupuna daxildir:

“Aidiyyəti qurumların planlarına uyğun olaraq bu məsələ tənzimlənəcək. Ən yaxın zamanda müəllimlərin də vaksinasiya prosesindən keçirilməsi həyata keçiriləcək”.