Netanyahu İrana xəbərdarlıq edibbackend

“İsrail İran tərəfindən bombalanacağı təqdirdə bu ölkəyə hücum edəcək”.

TASS xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

“Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik”, – Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.

O əlavə edib ki, bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın.