Ukraynanın “Zerkalo Nedeli” nəşri dəniz ticarət limanının yerləşdiyi Odessa vilayətinin Reni şəhərində baş verən partlayışlardan xəbər verir. Şəhərin özündə partlayış səslərinin eşidildiyi bildirilir. Bu barədə məlumat nəşrin Telegram kanalında dərc olunub.
Rəqəmsal Transformasiya Nazirliyinin onlayn hava xəbərdarlığı xəritəsinin məlumatlarına uyğun olaraq, Moskva vaxtı ilə saat 00:34-dən etibarən Odessa vilayətində hava xəbərdarlığı elan edilib. Partlayışların səbəbləri və nəticələri barədə əlavə məlumat hələlik açıqlanmayıb.
Sentyabrın 3-də Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarlarına zərbə endirdiyini bildirib. Gecə saatlarında Rusiya Federasiyasının Aerokosmik Qüvvələri Odessa vilayətinin Reni limanı ərazisində Ukrayna hərbi texnikasının təchizatı üçün istifadə olunan yanacaq anbarlarına pilotsuz təyyarələrlə qrup şəklində hücum edib.
Mənbə: Haber Global













