Polşada Avropa İttifaqından Ukraynaya yardım üçün nəzərdə tutulan vəsait oğurlanıb.
Bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.
Avropa Fırıldaqlarla Mübarizə Bürosunun (OLAF) məlumatına görə, Polşanın RARS şirkəti elektrik generatorlarının alınması və Ukraynaya çatdırılması üçün nəzərdə tutulmuş 91 milyon avro vəsaiti mənimsəyib. OLAF hesab edir ki, qiymət artımı, rəqabətin olmaması və müəyyən podratçılara ədalətsiz üstünlüklər verilib. Bununla bağlı Avropa Komissiyasının nümayəndəsi bəyan edib ki, Aİ hər hansı saxtakarlıq, korrupsiya və qeyri-qanuni hərəkətlərə qarşı sıfır dözümlülük siyasətinə riayət edir.
Avropa Komissiyası 2026-cı ildə Aİ fondları ilə maliyyələşdirilən satınalma layihəsinin yekun qiymətləndirilməsini həyata keçirəcək. Bu, Polşanın Aİ vəsaitlərini qaytarması ilə bağlı hüquqi qərarın qəbulu üçün əsas olacaq.