Serbiya Ukraynaya enerji avadanlıqları göndərdibackend

Serbiya hakimiyyəti Ukraynaya humanitar yardım olaraq elektrik enerjisi avadanlığı göndərib.

Bu barədə TASS Serbiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Respublikanın baş naziri Ana Brnabiçin sözlərinə görə, Ukraynaya 19 müxtəlif elektron cihaz və elektrik infrastrukturunun hissələri göndərilib.

O, Serbiya hökumətinin gələcəkdə Ukrayna üçün yüksək keyfiyyətli elektrik enerjisi avadanlığının hazırlanması məqsədilə elektrik enerjisi şirkətləri ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

İctimai.az