THY zəlzələdən zərər çəkmiş bölgələr üçün əlavə uçuşlar hazırlayırbackend

Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yahya Üstün Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra sosial media hesabında paylaşım edib.

THY olaraq yaraların sağalmasında millətin yanında olacaqlarını ifadə edən Üstün, “Yardım qruplarını ən sürətli şəkildə bölgəyə köçürmək və yaxınları ilə görüşmək istəyən vətəndaşlarımız üçün əlavə uçuşlar hazırlayırıq. Zəlzələdən zərər çəkmiş bölgələrə uçuşu olan qonaqlarımız üçün pulsuz ləğv/dəyişiklik hüququ veririk.”

Mənbə: TRT Haber

İctimai.az