Türkiyənin cənub-şərqində zəlzələ baş veribbackend

Türkiyənin cənub-şərqində, Diyarbəkir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 15:25-də Xan rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 16,81 km dərinlikdə yerləşib.

Mənbə: A Haber