DİN-dən müğənni Aslan Hüseynovun qəzada ölməsi ilə bağlı AÇIQLAMAbackend

Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb:

“Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb.