Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək.
Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.
Günün ikinci duelində avrokuboklara iddialı “Neftçi” “Turan Tovuz”u sınağa çəkəcək. “Ağ-qaralar” hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.
Nəhayət, günün son qarşılaşmasında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. “Köhlən atlar”ın 73 xalı var. “Kimyaçılar” 47 xalla 4-cü sıradadır.