ABŞ-da hakim Messidən avtoqraf istəməsinə görə cəzalandırılıbbackend

Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Kubokunun İnter Mayami – Kanzas Siti matçından sonra Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortiz Navanı cəzalandırmaq qərarına gəlib.

Bu barədə ESPN məlumat yayıb.

Təşkilat nümayəndəsinin sözlərinə görə, hakim 37 yaşlı argentinalıdan ailə üzvlərindən biri üçün avtoqraf istəyib.

“Matçdan sonra hakimin davranışı yarış rəsmilərinin davranış kodeksinə uyğun deyildi. Hakim öz səhvini etiraf etdi, baş vermiş hadisəyə görə üzr istədi və intizam tədbirlərini qəbul etdi”, – CONCACAF bildirib.