ABŞ, El Salvador Miqrasiya Sazişini planlayıbbackend

ABŞ və Salvador miqrasiya ilə bağlı unikal saziş imzalamağa çalışır.

TASS xəbər verir ki, bunu Salvador prezidenti Nayib Bukele ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə deyib.

“Hazırlıqları tamamlayırıq. Bu, təkcə ABŞ və Salvador arasında deyil, həm də ABŞ və Latın Amerikası arasında münasibətlərin tarixində misli görünməmiş sazişdir”, – Bukele qeyd edib.

Bukele onu da vurğulayıb ki, ABŞ ilə münasibətlər onun ölkəsi üçün əsas prioritetdir və El Salvadorun əsas vəzifəsi Amerika tərəfi ilə əməkdaşlığı gücləndirməkdir.

“Bilirsiniz, biz prezident Trampa rəğbətimizi gizlətmirik, indi əlaqələrimizi gücləndirmək üçün ən yaxşı vaxtdır, biz bunu edirik”, – Salvador prezidenti əlavə edib.