ABŞ Qəzza zolağında nizamlanma üçün yeni təkliflər irəli sürə bilərbackend

ABŞ prezidenti Co Bayden tezliklə İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında nizamlama üçün yeni təklif təqdim edə bilər. Bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.

“Bayden girovların azad edilməsi və Qəzza zolağında atəşkəs üçün İsrail və HƏMAS-a yekun təklifi təqdim etməyi düşünür”, – nəşr yazıb.

Portal mənbələrə istinadən əlavə edir ki, Bayden bazar ertəsi səhər ABŞ milli təhlükəsizlik rəsmiləri ilə görüşərək saziş üzrə yekun irəliləyiş strategiyasını müəyyənləşdirəcək.

Mənbə: A Haber